GÖY - GÖL MİLLİ PARKININ SAYTI

Tuesday, November 12, 2013

Kəpəz dağı


Kəpəz — Kiçik Qafqazda dağ.
Azərbaycan Respublikasının Göygöl rayonu ərazisində, Ağsu çayının mənbəyindədir. Hündürlüyü 3030 m-dir. Cənub yamacı nisbətən meylli, şimal yamacı dik və uçurumludur. Yuranın əhənkdaşılarından təşkil olunmuşdur. Güclü zəlzələlər nəticəsində Kəpəzdə bir neçə dəfə uçqunlar olmuşdur. Son uçqun 1139 - cu ildə baş vermişdir. Uçqun materialları Ağsu çayının məcrasını kəsərək dağ gölləri olan Göygöl, Maralgölü əmələ gətirmişdir.

Sunday, November 10, 2013

Göygöl Milli Parkı

Göygöl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.
Göygöl Dövlət Təbiət Qoruğu Göy Göl rayonu ərazisində yerləşir. Ərazisi 6732 hektardır. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var.Ərazidə Qafqaz maralı, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq var.Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir.
  • Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir.
  • Uzunluğu 2800 metrdir.
  • Eni 800 metrdən 1000 metrə qədərdir.
  • Dərinliyi 96 metrdir.
  • Gölün görünmə qabiliyyəti 8-10 metrdir.
Göygölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Öz mənşəyi etibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi Göy-gölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdir.