GÖY - GÖL MİLLİ PARKININ SAYTI

Parkın ərazisi



Göy-göl Milli Parkı Kiçik Qafqazın şimal-şərq hissəsində Murovdağ silsiləsindən başlayaraq Kürək çayına qədər olan ərazidə yerləşir. Göy-Göl Milli Parkının yerləşdiyi sahə dəniz səthindən 1100-3724 m yüksəklikdə yerləşir. Ərazisi meşəliklərdən, hündür dağ çəmənliklərindən və göllərdən ibarətdir. Parkın meşəliklərində, qarmaqvari şam, fısdıq,  palıd, vələs, göyrüc, yemişan, itburnu əzgil, alma, armud, cökə, ağcaqayın və s. qiymətli ağaclar bitir. Subalp çəmənləri parkda dəniz səviyyəsindən 2600 m qədər yüksəklikdə yayılmışdır. Qafqaz bənövşəsindən, kəklikotundan, Qafqaz şehduranından Qafqaz cilindən, qaymaq çiçəyindən, qoyun topalından, qantəpər, əvəlik, qırxbuğumdan və sairdən ibarətdir. Alp çəmənləri dəniz səthindən 2600 metrdən yüksəkdə yayılmışdır. Ot örtüyü nisbətən alçaqboylu olmaqla Qafqaz bənövşəsindən, stevisi zəncirotundan, şehdurandan, kəklikotundan, qaymaqçiçəyindən, dəmrovotundan, dağ məhmız laləsindən, qızıl yarpaq dazıdan və s. ibarətdir. Milli parkın torpaq örtüyü müxəlif olmaqla, yayılması şaquli zonalılıq qanuna uyğundur. Bura əsasən dağ-meşə və dağ-çəmən torpaqlarına ayrılmışdır. Dağ meşə torpaqlarından qonur və qəhvəyi dağ-meşə torpaq tipləri əsas yer tutur. Bunların da tünd, açıq tipik növbələrinə rast gəlinir. Bu torpaqlar Milli park ərazisində dəniz səthindən 1000-2200 m yüksəklik də yayılmışdır. Qonur torpaqlar əsasən nəmli fısdıq, vələs, fındıq,  fısdıq-şam, şam meşələri altında, qəhvəyi torpaqlar isə vələs, fısdıq-vələs, palıd meşələri altında yayılmışdır.
Dağ çəmən torpaq tipi dəniz səthindən 1700-3724 m yüksəklikdə yayılmışdır. Bu ərazidə ibtidai dağ-çəmən, torflu-dağ-çəmən, çimli dağ-çəmən, bozqırlaşmış (dağ-meşə torpaq) növbələrin rast gəlinir. Bu ərazillər 7651 ha-dır.
Ağ su çayı və Kəpəz dağı yaxınlıqlarında 21 növ ağac, 31 növ kol, 342 növ çöl çəmən bitkisi yayılmışdır. Dağlarda meşələrdə və çəmənliklərdə faundan maral, ayı, dağ keçisi, cüyür, porsuq, dağ hinduşqası, kəklik, dovşan, tülkü, dələ, ağacdələn, canavar, çöl pişiyi, oxlu kirpi, çaqqal. Göllərdə ördək, farel balığı vardır. Milli parkın ərazisində üç çayın mənbəyi başlayır. Yuxarı Ağsu çayı, aşağı Ağsu çayı və Kürək çayı. Parkın başlıca istiqaməti Turist gəzintiləri və elmi tədqiqat  işləridir. Elmi təhqiqat işləri yanaşı da ağac və kol bitkilərinin fenoloji müşahidəsi, təbiətin təqvimi kimi bir çox elm və elmi – texniki tədbirlər həyata keçirilir. Aparılan elmi mövzular təbii sərvətlərimiz olan meşələrin və dağ çəmənlərinin bioloji məhsuldarlığının öyrənilməsinə, ayrı-ayrı ağac növlərinin ən yaxşı formalarının seçilib təsərüfata təqdim olunmasına yönəldilmişdir. Ərazisi inzibati bölgüyə görə Göy-Göl rayonuna daxildir.

Göy-Göl milli parkı ərazisində torpaq dərəcələrinə görə bölüşdürmə
və onun dəyşilmə xüsusiyyəti.
Torpaq dərəcəsi
Keçmiş meşə quruluşuna görə
(1970-1971)
Son meşə quruluşuna görə (1982-1983)
Qoruğun ümumi ərazisi, o cümlədən
12755
12755
Ümumi ərazisi akvatoriya
12755
12755
Meşəllik sahəsi
5094
5094
Meşə örtülü sahəsi
4434
4434
Meşəsiz sahəsi
660
660
Açıq sahələri

7552
O cümlədən


Biçənəklər

82
Otlaq (dağ çəmənliyi)

2933
Su altında olan ərazilər (göllər)

109
Tikililər və ətraf sahələr

63
İstifadə olunmayan sahələr

20
Çaylar yarğanlar və s.

15
Daşlı və qumlu sahələr

4439
                                                                                                      Cədvəl 1
Son meşə quruluşu işlərinin 1971-1982-ci ilnən müqayisədə cari ilədə göstərir ki, Parkın meşə ilə örtülü sahəi 28 ha artmışdır. Orta hesabla hər il qoruğun meşə ilə örtülü sahəsi 2,8 ha artır. Bunu biz əsas göstərsək son iyirimi ildə, yəni 1985-2010-ci ilə müqayisədə meşələr ilə örtülü sahələrin 45-55 ha artmasını güman edə bilərik. Ancaq təssüflə qeyd etmək olar ki, bu artım gözə çarpacaq dərəcədə deyil, ona görə ki, 2004-cü ilin mart ayının 5-də olan fəlakət nəticəsində ağaclar kökdən çıxaraq yıxılmışdır. Nəticədə meşədə seyrəklik əmələ gəlmişdir. Milli parkın rejimi şəraitində meşə ilə örtülü olmayan ərazilərin tədricən meşə ilə örtülü sahəyə orta hesabla hər il 2,5-3 ha keçməsi müsbət hal kimi qeyd edilmişdir. Son meşə quruluşu işinin məlumatına görə meşə ilə örtülü olmayan ərazinin cəmi 600 ha təşkil edir. Halbuki, bu birinci meşə quruluşunda 567 ha qeyd edilmişdir. Bundan başqa parkın açıq ərazisi 7611 ha uzaq keçmişdə meşə ilə örtülü olmuşdur. Uzun illər həmin ərazilərdə iri buynuzlu mal-qara və qoyun sürüləri otarıldığından həmin ərazilər hesabatlarda dağ çəmənliyi kimi göstərilmişdir.
Dağ çəmənliyi 2933 ha təşkil edir. Milli Parkda apardığımız müşahidələr nəticəsində məlum olmuşdur ki, «Yeddi bulaq», «Keçi qayası», «Qazan durmaz», «Cilli göl», «Rus qoruğu» və bəzi sahələrdə cavan meşələrin bir qrup halında əmələ gəlməsi müşahidə olunur. Parkda göllərin ümumi sahəsi 109 ha, tikililər və ətraf sahələr 13 ha. Daşlı və qumlu sahələr 4439 ha təşkil edir. Cədvəl 1. Göy-Göl Milli parkı Kiçik Qafqazın Şimal – Şərqində Murovdağ silsiləsi ətəyində yerləşir. Yüksək dağ zonasında yerləşən park dəniz səviyyəsindən 1100-dən 3724 metrədək hündürlükdədir. Parkın ərazisində Yuxarı Ağsu çayı Göy gölə tökülür. Aşağı Ağsu çayı öz başlanğıcını ondan alır. Bundan əlavə Parkın ərazisində bir neçə dağ gölü vardır: Göy-Göl, Maral göl, Qara göl, Güzgü göl, Zəli göl, Ağ göl, Ördək göl, Ayı  göl və s. 

No comments:

Post a Comment