GÖY - GÖL MİLLİ PARKININ SAYTI

Göygöl Milli Parkı

İnsan təbiətin ayrılmaz hissəsidir. Odur ki, təbiət onun yaşaması, artması, çoxalması üçün şərait yaratmış, onu torpaq, su hava və od ilə təmin etmiş, əlvan bitkilərlə örtülmüş əsrarəngiz, füsunkar meşələri, rəngarəng gülləri, çəiçəkləri, dadlı və ətirli meyvə ağaclarını, heyvan və quş növlərini, balıqları, çayları, gölləri, dağları, çəmənləri onun ixtiyarına vermşdir. Bütün bunların hamısı bəşərin həyatı üçün zəruri olan nemətlərdir.
İnsan da öz növbəsində bu xeyirxahlığına qayğıkeş olmalı, ona verilən nemətləri göz bəbəyi kimi qorumalı, onlardan səmərəli istifadə etməli, onları artırmalı, çirklənmədən, məhv edici amillərdən mühafizə etməli və gələcək nəsilə çatdırılmalıdır.
Hələ XX əsrin əvvələrində bir sıra təbiəti mühafizə cəmiyyətləri, beynəlxalq komitələr yaradılmışdır.
1963-cü ildə BMT-nin Baş məclisinin sesiyasında ilk dəfə olaraq təbiətin mühafizəsi üzrə Ümumdünya təşkilatı, 1968-ci ildə isə Beynəlxalq Komitə yaradıldı.
1984-cü ildə YUNESKO-nun baş Konfransında qəbul olunmuş qərar əsasında dünyanın müxtəlif regionlarında insan və biosferin kompleks öyrənilməsi və qornması problemləri həlli müzakirə olundu.
Təbiəti mühafizəyə sosial, siyasi-iqtisadi, sanitar, gigiyenik, estetik, elmi tərbiyə baxımdan diqqət yetirilmişdir.
Çalışmaq lazımdır ki, uşaqlarımızda da təbiətin bizə bəxş etdiyi misilsiz sərvətlərə qayğı ilə, məhəbbətlə yanaşmaq hissləri oyada bilək, onların təbiətin əsl vurğunları kimi böyümələrinə nail olaq. Əgər bunu bacarsaq. Deməli meşələrimizin, heyvanlarımızın və quşların gələcək taleyi üçün narahat olmaya bilərik.
Xalq şairi səməd Vurğun 1953-cü ildə yazdığı «Azərbaycan» şeirini Kəpəz dağı və Göy gölə həsr edilmiş hisəsində belə deyir:
                    Min Qazaxdan köhlən ata,
Yolmanına yata-yata.
At qan-tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy-gölə bax.

Respublikamızda Göy-gölü görməyən, təbii mənzərəsinə, şəffaf, suyuna ecazkar gözəlliyinə, yaşıl meşə və yaylaqlarına, təmiz dağ havasına heyran olmayan az adam tapılar. Göy-göl nəinki respublikazımda, hətta ondan çox-çox uzaqlarda belə məşhurdu. Onu gözəlliyinə görə dünyanın məşhur yüksək dağ göllərilə müqayisə etmək olar.
Göy-göl meşələrinin və yaylaqlarının torpaq qoruyucu, su saxlayıcı, kurortoloji əhəmiyyəti vardır. Göy-göl Gəncə və Göy-göl şəhərlərini, habelə ətraf yaşayış məntəqələrinin içməli su ilə təmin edən yeganə su mənbəyidir. 1925-ci ildə ilk dəfə olaraq Göy-göl dövlət qoruğu yaradılmışdır. 1948-ci il iyun ayının 10-da Azərbaycan SSR Ali Sovetinin 664 saylı qərarına əsasən qoruğa 1200 ha meşə ərazisindən əlavə edilərək qoruqda meşə təsərrüfatı yaradılmışdır.
06.05.1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin «Respublika dövlət qoruqlarının inkişafı, dövlət ovçuluq və meşə ovçuluq təsərrüfatlarının yaradılması haqqından» 305 saylı qərarına əsasən Kiçik Qafqazın tipik landşaftının, faunasının və Şimal yamaclarının subalp zonasının kiçik bir hissəsi, orta dağlıq meşələri qoruğa birləşdirilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 10.07.1961-ci il tarixli «Azərbaycan SSR-də bir sıra dövlət qoruqlarının və ovçular təəsrrüfatlarının ləğv edilməsi haqqında» 521 saylı qərarına əsasən «Göy-göl Dövlət Qoruğu» meşə sahələri Gəncə şəhəri Gəncə şəhər meşə təsərrüfatına, torpaq sahələri isə torpaq fonduna verilməklə ləğv edilmişdir.
Azərbaycan SSRİ Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli 475 saylı qərarına əsasən «Göy-göl dövlət qoruğu» əvvəlki sərhədləri və əraziləri saxlanmaqla yenidən bərpa edilərək ərazisi 7131 ha-a çatdırılmışdır. Azərbaycan Respublika Prezidentinin 16.12.2004-cü il tarixli 550 saylı sərəncamına əsasən qoruğun «Eldar şamı» filialı 392 ha ərazisi ilə bərabər Göy-göl qoruğunun tərkibindən ayrıldıqdan sonra qoruğun ərazisi 6739 ha qalmışdır.
 Azərbaycan Respublikasının Prezidentinin aprel 2008-ci il tarixi 2744 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Göy-göl Milli Parkı yaradıldı. Milli Parkın ərazisinə Göy-göl (Xanlar) rayon Meşə Mühafizəsi bərpası Müəssisəsinin meşə fond torpağından 1577 ha Göy-Göl (Xanlar) rayon Dövlət ehtiyat fond torpağından 3909 ha, daşkəsən rayon dövlət ehtiyat fond torpaqlarından 300 ha, Goranboy dövlət ehtiyat fond torpaqlarından 230 ha, daxil edilməklə, keçmiş ərazi ilə (6739) birlikdə 12755 ha-ra çatdırılmışdır. 2000-ci ildə dövlət başçısı tərəfindən imzalanan «Xüsusi Mühafizə olunan təbiət və obyektlər haqqında» qanunun 19-cu maddəsində qoruq ərazisinə giriş qəti qadağan olunmuşdur.

1961-ci ildə qoruğa 7 baş maral buraxılmışdır. 1975-ci ildə maralların sayı 199 baş olmuşdur. 1991-ci ildə maralların sayı 141 baş olmuşdur. 1990-cu ildə Ermənistan Azərbaycan dağlıq Qarabağ münaqişəsi Göy-göl Dövlət təbiət qoruğundan heç də yan keçməmişdir. Bununla bağlı gedən müharibədə təşvişə düşmüş marallar qoruğun ərazisndən uzaqlaşmış axır nəticədə onların sayı 6 başa enmişdir. Sonradan yaranan müvəqqəti sabitlikdən sonra yəni 2003-cü ildə maralların sayı 14 baş qeydə alınmışdır. 2010-cu ildə isə maralların sayı 49 baş olmuşdur. Milli Parkın dağ meşələrinin 65%-i DS-dən 1000-2200 m-dən yerləşir. 2003-cü il sentyabr ayının 12-dən 20-nə Göy-göldə elmi təhqiqat işçiləri ilə məşğul olan Rusiya, İsveçrə və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri Göy-gölün suyunun qatlarının təyin olunması, oksigenin təyini və havanın təmizliyini bir daha təsdiq etdilər.Milli Parkın ərazisinin 5094- ha meşə, 7557 ha alp və subalp çəmənliyi, 101 ha isə göllər altındadır.Park ərazisində yerləşən göllər bunlardır. Göy-göl, Zəli göl, Maral göl, Ağ göl, Şamalı göl, Ördək göl, Ceyran göl və Güzgü gölüdür. Göy-Göl Milli Parkında aparılmış əvvəlki təhqiqatlara görə 423 növdən artıq, bitki aləminə malik təbii qrupları vardır ki, bunlarda zəngin florosestik tərkiblidir. Meşələrin tərkibində 76 ağac və kol növü vardır. Parkın faunasına gəldikdə isə bir çox heyvan və quş növləri daxildir. Bunların arasında nəcib qafqaz maral, cüyür, dağ keçisi, qonur ayı, dovşan, tülkü, porsuq, vaşaq, çöl donuzu, meşə dələsi, qafqaz uları, şana pipik, qara toyuq, sərçə, kəklik, bülbül, ördək və s. rast gəlmək olar. Milli Park bütün təbii kompleksi ilə birlikdə yalnız tədqiqat və mədəni kütləvi məqsədlər üçün istifadə edilir. Milli Park təbii muzey və elmi tədqiqat müəssisəsi funksiyasını daşıyır. Milli Park kiçik Qafqazın şimal-şərqində Kəpəz və Murov dağın ətəyində yerləşir.Parkın ərazisindən Kürək çayı, Ağsu çayı keşir. Parkın ərazisi 41 km uzunluqda olmaqla 12755 ha sahəni əhatə edir. Göy-göl Milli Parkın mühafizəsi məqsədi ilə 47 sahəyə (kvartala) bölünmüşdür. Həmin 47 kvartal aşağıdakı kimidir:
1.kvartal 244,1 ha                               17.kvartal 325 ha            36. kvartal 50 ha
2.kvartal 235 ha                        18.kvartal 415 ha            37. kvartal 144 ha   
3.kvartal 118,9 ha                     19.kvartal 372 ha            38. kvartal 150 ha
4.kvatal 155 ha                         20.kvartal 445 ha            39. kvartal 97 ha
5.kvartal 240,2 ha                     21.kvartal 308 ha             40. kvartal 96 ha
6.kvartal 214 ha                        22.kvartal 402 ha             41. kvartal 98 ha
7.kvartal 213 ha                        23.kvartal 267 ha             85. kvartal 300 ha
8.kvartal 235 ha                        24.kvartal 272 ha             10. kvartal 300 ha
9.kvartal 344 ha                        25.kvartal 771,87 ha        13. kvartal 50 ha
10.kvartal 341 ha                      26.kvartal 119 ha             14. kvartal 180 ha
11.kvartal 257,8 ha                   27.kvartal 204 ha             14. kvartal 414 ha
12.kvartal 243 ha                      28.kvartal 93 ha               15. kvartal 495 ha
13.kvartal 215 ha                      29.kvartal 88 ha               20. kvartal 225 ha
14.kvartal 264 ha                      32.kvartal 102 ha             21. kvartal 756,25 ha
15.kvartal 307 ha                       33.kvartal 227 ha            27. kvartal 946,88 ha
16.kvartal 360 ha                       35.kvartal 71 ha
      Beləliklə yuxarıda qeyd olunan Milli Parkın ərazisində olan kvartallar ayrı-ayrı mühafizə edilir. Milli Parkın ştat cədvəlinə uyğun olaraq Elmi şöbənin bir elmi işlər üzrə direktor müavini, bir baş elmi işçi, iki elmi işçi, və iki laborant ştatları var. Həmin ştantlarda baş elmi işçi, iki nəfər elmi işçi və iki labarant fəaliyyət göstərirlər. 2011-ci ilin iyun ayından yeni tikilmiş inzibati binaya köçürülmüşdü. Çəmən bitkilərdən herbari guşəsi düzəldilir və davam etdirilir. 



No comments:

Post a Comment