GÖY - GÖL MİLLİ PARKININ SAYTI

Flora və Fauna



          FLORA VƏ BİTKİ ALƏMİNİN
                                                 DƏYİŞMƏSİ
Göy-göl Milli Parkının dəniz səviyyəsindən müxtəlif hündürlüklərə görə ayrı-ayrı zonalarda yayılmış bitki formasiyaları.
I zona – dəniz səviyyəsindən 1160-1400 m hündürlüyə qədər sahələrdə yayılmış qarışıq meşələr. Bu zonanı əsasən vələs, fısdıq, palıd, ağcaqayın, cökə və ağaclar təşkil edir. Burada tək-tək qaracöhrə, vəhşi gilas, meşə armudu, cır alma və s. vardır. Kollardan ən çox yayılan böyürtkən, zoğal, yemişan, meşə fısdığı, ardıc, quş armudu, itburunu və s-dir. Əsasən meşəni təşkil edən vələs, fısdıq və palıdın yoğunluqları (diametri) 40-50-80 sm, hündürlükləri 15-20m yaşları isə 150-200 ildir. Burada tək-tək qracöhrə ağacları yayımışdır. Qara cöhrənin diametri 8-12-16 sm hündürlükləri 4-5-10 m, yaşı isə 40-50-80 ildir. Buradan meşə altı ot örtüyü çox seyrəkdir. Ot örütüyü əsasən talalarda və açıq zonalarda yayılmışdır. Ölü örtük 1-2 sm, qalınlıqdadır. Bu zonanı obxan adlanan sahəsində hərbi hissələrin əsas dayanacaq məntəqələri yerləşir. Eyni zamanda da Ağsu qəsəbəsindən başlanan asfalt Göy göl, Maral göl marşurutu bu zonadan keçir. Bu zonada qəsəbədən qaçan mal-qara olur. Tək-tək ağac kəsintisinə rast gəlinir, belə hallar məlum olan kimi dəyən ziyan müəyyənləşdirilərək məhkəməyə göndərilir. Təbii bərpa bəzi yerlərdə zəif, bəzi yerlərdə normal inkişaf etmişdir.
II zona – dəniz səviyyəsindən 1400-1600 m hündürlüyə qədər təmiz və qarışıq meşələr təşkil edir. Buradan əsasən fısdıq, vələs və fısdıq ağacaqayın qarışıq meşələr yayılmışdır. Meşələrdə tək-tək cökə, vəhşi gilas, şam ağacları vardır. Kollardan ardıc, yemişən, itburnu, böyürtkən, quşarmudu və s. yayılmışdır. Şam ağaclarının hündürlüyü 15-20 m, yoğunluqları 45-60 sm-dir. Ölü örtük sıxdır, 1-2, 5-6 sm-qalınlıqdadır. Ot örtüyü çox seyrəkdir. Təbii bərpa əsasən fısdıq vələsə görədir. Tək-tək şam yeniyetmələri vardır. Burada əsasən qaracöhrə ağacları yayılmışdır. Qaracöhrənin yoğunluğu 6-8-12 sm hündürlükləri 2-4-6 m, yaşı isə 40-50-60 ildir. Təbii bərpa orta vəziyyətdədir. Ağsu Göy gölün marşutu üzrə asfalt yol buradan keçir.
III zona – dəniz səviyyəsindən 1600-1800 hündürlükdədir. Bu zona əsasən şam meşələri və şam meşələri ilə qarışıq fısdıq, vələs, palıd, ağcaqayın, meşələrindən ibarətdir. Burada şamların hündürlükləri 20-25-35 m, yoğunluqları isə 80-110 sm-ə qədər olur, meşəaltı seyrəkdir. Kollardan qaratikan, itburnu çox yayılmışdır. Ot örtüyü çox seyrəkdir. Ölü örtük seyrəkdir. Ölü örtük şam iynəlidir. Qalınlığı 1-2-3-5 sm-dir. Ölü zonada 1-2-3-4 № li nümunə (daimi) sahələri düzəldilmişdir. Təbii bərpa pisdir. 2-3 №  li nümunə sahələrində 1994-1995-1997-ci illərdə küllü miqdarda ağac kəsintilərinə yol verilmiş və otarmaya məruz qalmışdır.
IV zona  - dəniz səviyyəsindən 1800-2000 m hündürlükləi əhatə edir. Bu zonada şam, söyüd və toz ağacı meşələri yayılmışdır. Şam ağaclarını hündürlükləri 5-10 (15-20) m, yoğunluqları isə 30-40 (50-60)sm-dir.
Meşədə tək-tək fısdıq, vələs, ağcaqayın, palıd, alça, vəhşi gilas, cökə ağacları bitir. Ot örtüyü yaxşıdır. Sahə tam qayalıqdır. Meşə altı ən çox ardıc, zıncır, itburnu, qaratikan, yemişan kollarından ibarətdir. Bu zonada 5-6 №li nümunə (daimi) sahələri yerləşir. Daima otarmaya məruz qaldığından təbii bərpa pisdir. Ölü örtük yoxdur. Ağac kəsintisinə yol verilmir.
V zona  - dəniz səviyyəsindən 2200-2600 m hündürlüklərə qədər olan sahələrdir. Burada ən çox tozağacları, ardıc, itburnu, yemişan, qaratikan, zirnic kolları çox yayılmışdır. Ot örtüyü tala-tala olmaqla (bəzi yerlərdə sıxlıq da təşkil edir) çox seyrəkdir. Dəniz səviyyəsindən 2400 m yüksəklikdə kollaşmış bir neçə alçaq boylu xırda yoğunluğa malik şam ağacları vardır.
VI zona – dəniz səviyyəsindən 2600 m-dən Kəpəz dağına (3065) qədər zona qaya və çınqıllıqlardan ibarət olmağına baxmayaraq, burada ot örtüyü yaxşı inkişaf etmişdir. Burada küllü miqdarda kollaşmış tozağacı, az miqdarda yayılmış ardıc, itburnu, quşarmudu, yeralması, zirnic böyürtkən kolları vardır. Burada tək-tək söyüd. Bədnüş ağacları da bitir. Bu sahənin Kəpəz dağına tərəf hissəsində Kiçik Güzgü gölü vardır. Burada hər tərəfdən bulaq suları tökülür qışın sərt şaxtaları vaxtı donr dəniz səviyyəsindən 2990 m hündürlükdədir.
VII zona – dəniz səviyyəsindən 3065 m Kəpəz dağından Şimal tərəfə olan Camış dağına (3724m) qədər. Bu zona qaya və çınqıllıqlardan ibarət olmağına baxmayaraq or örtüyü yaxşı inkişaf etmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, 5 mart 2004-cü il tarixdə Göy-Göl Milli Park min illlərlə görünməyən dəhşətli güclü qasırğa xeyli dəyişiklik etmişdir. Belə ki, yuxarıda qeyd etdiyimiz zonaların meşə ilə örtülü sahələrinin əksər ərazilərində 70-80 illik vələs, fısdıq, palıd və s. ağacları kökdən çıxaraq yıxılmışdır. Təbi fəlakətlə əlaqədar Ekologiya və Təbii Sərvəstlər Nazirliyinin 12.04.2004-cü il tarixli 216 saylı əmrinə əsasən parka dəyən ziyanı müəyyənləşdirmək üçün komissiya təşkil olunmuş, nəticədə 1138 ədəd fısdıq, vələs, 92 ədəd qarmaqvari şam ağacları müəyyən edilmişdir. 1600 m3 oduncaq hissələri parkın mühafizə yegerlərinə təhfil verilmişdir. Göy-Göl milli parkın elmi şöbəsi yıxılmış ağaclarda baş vermiş xəstəlik və ziyan verciləri Gəncə şəhər Elmi – Tədqiqat mühafizə institutunun əməkdaşları ilə birlikdə aşkar edərək belə qərara gəlmişdir ki, gələcəkdə şağlam ağacların xətəlik və ziyan vericilərlə sırayətlənməməsi üçün həmin ağaclar ərazidən kənarlaşdırılmalıdır.Belə halda təbii bərpa da güclü inkişaf edər. Hal-hazırda artıq ağaclar (qasırğa nəticəsində yıxılan) çürüyərək sıradan çıxıb.
Onların  ətrafında açılan ərazilərdə isə təbii bərpa güclü inkişaf edir. Elə buna görə həm qasırğa nəticəsində yıxılan ağacların çürümə faizini hesablamaq, həm də təbii bəpanın inkişafını təyin etmək üçün təcrübə sahələri ayrılmışdı. Tərəfimizdən müəyyən edilmişdir ki, 5 mart 2004-cü il tarixdə qasırğa nəticəsində yıxılan ağaclardan əsasən fısdıq və vələs ağacları təşkil etdiyinə görə nümunə həmin ağaclardan götürülmüşdü. Həmin ağacların 2004-cü ildən bəri 80-90%-i çürümüşdür və çürüməkdə davam edir.
                    

No comments:

Post a Comment